FAQ

İstiqrazların ümumi həcmi böyük olduqda onların satışı hissəli şəkildə həyata keçirilə bilər. Bu halda, tam həcmdən satışa çıxarılan hissələrə “tranş” deyilir. Məsələn: Kapital Bank istiqrazlarının ümumi həcmi 100 mln manat təşkil edir. Bank bu həcmi bazara tranşlar şəklində, yəni hissə-hissə satışa çıxaracaq. Hər bir tranşın satış tarixi və şərtləri barədə məlumatlar buraxılışdan öncə kütləvi informasiya vasitələri ilə açıqlanır.

İstiqrazların bazara satışa çıxarıldığı ilk gündən buraxılışın bitmə tarixinə kimi olan zaman aralığına “tədavül müddəti” deyilir. Bir buraxılış daxilində nə zaman satılmasından asılı olmayaraq, bütün istiqrazların bitmə tarixləri eyni olur. Kapital Bank istiqrazlarının tədavül müddəti 1 ildir (360 gün). Məsələn: Tutaq ki, bankımız 30 may 2024-cü ildə 1 il müddətinə müəyyən sayda istiqraz buraxıb. Siz isə bu tranşda buraxılmış istiqrazları oktyabrda almısınız. Bu halda istiqrazlar növbəti ilin oktyabrına kimi deyil, tranşın bitmə tarixinə, yəni 30 may 2025-ci ilə qədər gəlir gətirəcək.

İstiqrazlarımız tədavül müddəti boyunca 10% gəlir qazandırır. Siz istiqrazları aldığınız tarixdən tranşın bitmə tarixinə qədər bu faiz dərəcəsi ilə gəlir əldə edəcəksiniz. Məsələn: Tutaq ki, 1 il müddətinə olan buraxılışdan 1200 AZN dəyərində istiqraz almaq istəyirsiniz. Əgər istiqrazı buraxıldığı ay alsanız, siz hər ay 10 manat gəlir əldə edəcəksiniz. Yəni 12 ayın sonunda 1200 manata görə 120 AZN sizin olacaq. Əgər istiqrazı buraxıldığı ayda deyil, növbəti aylardan birində alsanız, onda geriyə qalan aylara uyğun gəlir əldə edəcəksiniz. Yəni istiqrazı buraxıldığı vaxtdan 5 ay sonra almısınızsa, geri qalan 7 ay ərzində 1200 manat dəyərində istiqrazla ümumilikdə 70 AZN qazancaqsınız.

İstiqrazlar — Investora əvvəlcədən müəyyən edilmiş tarixlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda əsas məbləği almaq hüququ verən qiymətli kağızdır.